12px13px15px17px
Tarix:04/04/17

Bu proqram istifadəçinin istədiyi yuxuları görməyə imkan verəcək

Yalnız az sayda insan real həyatda açıq kosmosda ola, Beynəlxalq Kosmik Stansiyaya səyahət edə, məxfi xidmət agenti rolunu oynaya, planetin sivilizasiyadan uzaq regionuna səyahət etməyə müvəffəq olur. Amma həm oyun həvəskarları, həm parlaq Hollivud blokbasterləri və sadəcə yaxşı təxəyyülə malik insanlar düşüncənin gücü ilə yuxarıda  təsvir edilmişləri yaşamaq qabiliyyətinə malikdirlər.

“Carolco” şirkətinin “Total Recall” mobil proqramı şüurumuza təsir edərək istifadəçi tərəfindən seçilmiş mövzuya müvafiq olaraq lazımi yuxunu göstərmək qabiliyyətinə malikdir. Bundan ötrü proqram təminatının yaradıcıları ultrasəs tezliklərindən istifadə ediblər və ekrana çıxarılan şəkillər yuxu üçün lazımi mühitin vizuallaşdırılmasına kömək edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, “Carolco” şirkətinin mütəxəssisləri bildiriblər ki, “Total Recall” mobil proqramı minimal xərclə yuxuda özünü başqa insan kimi hiss etmək üçün unikal şansdır. Bu halda mobil proqramın aktivləşdirilməsi vaxtı qulaqlıq və ya dinamik vasitəsilə çıxarılan səs, bir-birinin ardınca dəyişilən kadrlar  orqanizmə mənfi təsir göstərmir.

Hazırda mobil proqram könüllülər qrupu tərəfindən yoxlanılır. “Carolco” şirkətinin proqramı təxminən 2017-ci ilin ikinci yarısında “Google Play” rəqəmli mağazasında əlçatan olacaq.

Emil Hüseynov




Baxış sayı: 398

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Aprel 2024

28 04 2024