12px13px15px17px
Tarix:04/04/17

Gücləndirilmiş elektron imza tələb edən daha iki yeni xidmət “Elektron hökumət” portalına inteqrasiya olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət" portalına daha iki elektron xidmət inteqrasiya olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən elektronlaşdırılaraq təqdim edilən yeni xidmətlər "Sığortaolunanın ölümünə dair məlumatın onlayn qəbulu" və "Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi" adlanır.

İstifadəçilərin ixtiyarına verilən bu xidmətlər ƏƏSMN-nin "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarında əks olunan tapşırıqların təmin olunması məqsədi daşıyır. Hər iki xidmətdən istifadə üçün gücləndirilmiş elektron imzadan istifadə edilməlidir.

Qeyd edək ki, ƏƏSMN-nin fəaliyyət sahələrinin avtomatlaşdırılması nəticəsində bu sahələr üzrə artıq 28 elektron xidmət əhalinin istifadəsinə verilib. Həmin elektron xidmətlərdən istifadəyə maraq getdikcə artmaqdadır. Bu maraq nəticəsində cari ilin ilk rübündə nazirliyin elektron xidmətlərinə müraciətin sayı 2 milyon 623 min 88 olub.

Əlavə edək ki, yeni xidmətlərin inteqrasiyasından sonra "Elektron hökumət" portalında elektron xidmətlərin sayı 433-ə çatdırılıb.






Baxış sayı: 499

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024