12px13px15px17px
Tarix:08/04/17

“Twitter” inkişaf etməkdə olan ölkələr üçün mobil versiyanı istifadəyə verib

“Twitter” şirkəti eyniadlı saytının internetə qoşulma sürəti zəif olan ölkələr üçün veb versiyasını (mobile.twitter.com) təqdim edib. Mobil proqramla müqayisədə “Twitter Lite” versiyasında funksiyalar azdır, ancaq yeni versiya internetə qoşulma sürəti zəif olan ölkələr üçün optimallaşdırılıb, az məlumat sərf edir və məzmunu daha sürətli yükləyir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Twitter Lite” ilk növbədə internet istifadəçilərinin sayı 450-465 milyon təşkil edən Hindistana hədəflənib. Bununla belə, hindistanlı istifadəçilərin 20%-i mikrobloqlar xidmətindən istifadə edir.

“Twitter” öz xidmətinin “yüngül” versiyasını təqdim edən ilk şirkət deyil. Bu ilin fevralında “Microsoft” şirkəti tərəfindən təqdim edilmiş “Skype Lite” versiyası sürəti internetə qoşulma sürəti zəif və bahalı internet trafikə malik regionlarda video vasitəsilə ünsiyyəti asanlaşdırıb.

Emil Hüseynov




Baxış sayı: 288

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024