12px13px15px17px
Tarix:11/04/17

“Word” mətn prosessorunun bütün versiyalarında təhlükəli boşluq aşkar edilib

“FireEye” şirkətində çalışan informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin məlumatına görə, “Microsoft Word” mətn prosessorunun  bütün versiyalarında "sıfır gün" boşluğu aşkar edilib. Bu boşluq qurbanın kompüterinə zərərverici proqram təminatını yükləməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, hakerlər istifadəçiyə elektron poçt məktubuna qoşma şəklində yayılan zərərverici RTF sənəd göndərməklə sözügedən hücumu həyata keçirirlər. Bundan sonra icra edilən “Visual Basic” skripti hakerlərə zərərverici proqram təminatını yükləməyə və qurbanının kompüteri üzərində nəzarəti ələ keçirməyə imkan verir.

Bu hücum zamanı makrosun icrasına ehtiyac yoxdur.

“Microsoft” korporasiyası artıq bu problemin mövcudluğundan xəbərdardır və bununla əlaqədar 11 aprel tarixində xüsusi yeniləmə buraxıla bilər.

Emil Hüseynov




Baxış sayı: 346

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024