12px13px15px17px
Tarix:12/04/17

Məhsulların keyfiyyətinin yoxlanılması üçün test sistemi təklif olunub

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri məhsulların keyfiyyətinin yoxlanılması üçün test sistemi təklif ediblər. Sınaqların nəticələrini smartfon üçün proqram vasitəsilə yoxlamaq və gözlə görmək mümkün olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, texnologiya kimya professoru Timoti Sueggerin rəhbərliyi ilə hazırlanır. Sistemin əsasını alimlər tərəfindən 2015-ci ildə kəşf edilən Yanus kompleks damcıları təşkil edir. İki yarımkürəcikdən (hidrokarbon və flüorokarbon) ibarət damcıların unikallığı işığın onların daxilində müxtəlif şəkildə sınmasındadır - “yuxarıdan” baxanda onlar şəffaf, “yandan” baxanda qeyri-şəffaf olur.  

Damcıların xüsusiyyətlərindən praktiki istifadə üçün “MIT” alimləri damcıları təkmilləşdirərək onların tərkibinə monosaxarid mannozası əlavə ediblər. Bu komponentin xüsusiyyətlərinə onun bağırsaq çubuğunu ayıran lektinlə əlaqəyə girmək, bir qismi zədələnəndə isə onlarla birləşmək qabiliyyətini aid etmək olar. Beləliklə, kompleks damcılar bağırsaq çubuğunun ştammlarının olduğu tədqiq edilən nümunə üzərinə hopdurulduqda onlar yerləşmə istiqamətini dəyişərək görünən olacaqlar.

Nizam Nuriyev 




Baxış sayı: 339

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024