12px13px15px17px
Tarix:14/04/17

Onlayn imza proqramı yeniləndi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin tərkibində fəaliyyət göstərən Milli Sertifikat Xidmətləri Mərkəzi (MSXM) tərəfindən hazırlanmış onlayn imzalayıcı proqram yenilənib. Bu səbəbdən e-imza sertifikatı ilə imzalama proqramından istifadə edən istifadəçilər kompüterlərində olan imzalayıcı proqramı silib, yenisi ilə əvəz etməlidirlər. Milli Sertifikat Xidmətləri Mərkəzi bu barədə istifadəçilərə "www.e-gov.az" portalı və "www.e-imza.az" saytı üzərindən bildiriş təqdim edib.
 


 






















































Yenilənmiş proqrama lokal faylların imzalanması və imzalanmış sənədlərin yoxlanılması üçün yeni imkanlar əlavə edilib. Bu yenilik, saytında və ya proqram təminatlarında imzalama imkanını əldə etmək istəyənlər üçün əlavə olulnmuşdur.

Həmçinin imzalama prosesində informasiyanın qorunması üçün təhlükəsizlik daha da gücləndirilib.
Bu sadə prosesi həyata keçirmək üçün ilk növbədə bildirişdə göstərilmiş və yüklənilməsi vacib olan OnlineSigner.exe faylını kompüterə yükləmək lazımdır. Avtomatik yüklənən proqramı administrator adından işə salmaq vacibdir.  Açılan pəncərədə işləmək üçün istifadəçiyə rahat olan 3 dildən biri seçilir və "OK" düyməsi sıxılır. Açılan səhifədə "Next" ("Далее") düyməsi, növbəti səhifədə "install" ("Установить") düyməsi seçilir, nəhayət, "Finish" ("Завершить") düyməsini klikləməklə proqram kompüterə yüklənmiş olur.

Onlayn imza proqramını tam olaraq kompüterə yüklədikdən sonra işləməsini yoxlamaq üçün göstərilmiş ünvana daxil olun: https://localhost:10281/api/sign/version.  Əgər heç bir yalnışlıq olmayıbsa, nəticə olaraq ekranda {"productNumber":"54ca98f4-91c1-4e9a-9b3b-f28ed6f4b996"} bu yazı görsənməlidir. Link açılmadığı təqdirdə və ya hər hansı bir səhv haqqında məlumat görünərsə, deməli, proqram düzgün yüklənilməyib, yaxud proqramın işləməsinə mane olan digər səbəblər var.

Problemi aradan qaldırmaq üçün təlimatda göstərilən "Proqramda yaranan problemlərin aradan qaldırılması" bölməsindən istifadə edə  və ya yaranan bütün suallara "157" Çağrı Mərkəzinə zəng etməklə cavab tapa bilərsiniz.
 

 




Baxış sayı: 366

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Oktyabr 2017

21 10 2017

21/10/17
Bu il kompüter qurğuları bazarında cüzi azalma gözlənilir

“Gartner” analitik şirkəti dünya kompüter qurğuları bazarı (masaüstü sistem, noutbuk, ultrabuk və planşetlər

21/10/17
“Android” əlavələrində səhvlər aşkarlayan tədqiqatçılar mükafatlandırılacaq

“Google” şirkəti “Play Store” mağazasında populyar “Android” əlavələrində boşluqlar aşkarlayan tədqiqatçıla

21/10/17
Dörd nəhəng texnoloji şirkət internetdə terrorizmlə mübarizə aparacaq

“Microsoft”, “Facebook”, “Twitter” və “Google” şirkətləri internetdə terrorçuluq kontenti ilə

21/10/17
Mühafizəli “Samsung Galaxy Tab Active 2” planşeti təqdim olunub

“Samsung Electronics” şirkəti mühafizəli “Galaxy Tab Active” planşet kompüterinin ikinci nəslini təqdim edib.