12px13px15px17px
Tarix:17/04/17

“Microsoft” şirkəti “Exchange Server 2007” platformasının dəstəyini dayandırır

“Microsoft” şirkəti “Exchange Server 2007” platformasının dəstəyini dayandırır.

“ICTnews” Elektron Xəbər Xidməti “servernews.ru” saytına istinadən yazır ki, “Microsoft” şirkəti 11 aprel 2017-ci il tarixindən etibarən sözügedən platforma üçün təhlükəsizlik yeniləmələri buraxmayacaq, həmçinin texniki məsləhətlərin verilməsini dayandıracaq. Proqram nəhəngi indiyədək “Exchange Server 2007” platformasından istifadə edən şirkətlərə korporativ İT infrastrukturunun təhlükəsizliyini təmin etmək məqsədilə “Office 365” paketi çərçivəsində birbaşa, mərhələli və ya hibrid miqrasiya metodu vasitəsilə “Exchange Online”a keçməyi və ya yeni “Exchange Server 2016” versiyasından istifadəni tövsiyə edir.

“Microsoft”un rəsmisi xatırladır ki, “Exchange Server” platformasının əsas və genişləndirilmiş dəstəyinin müddəti 10 ildir.

Emil Hüseynov




Baxış sayı: 477

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024