12px13px15px17px
Tarix:18/04/17

“WhatsApp” proqramında yeni funksiya istifadəyə verilib

Məlumat mübadiləsi üçün populyar "WhatsApp" xidməti avtorizə üçün mobil telefon nömrəsindən istifadə etməsinə görə bu, müəyyən problemin yaranmasına səbəb olur. Belə ki, nömrəni dəyişəndə bütün kontaktları bu barədə xəbərdar etmək tələb olunur. "WhatsApp" mütəxəssisləri bir neçə il sonra məhz həmin problemin həllinə nail olublar.     

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "Windows Phone" və "Windows 10 Mobile" əməliyyat sistemləri üçün proqramın beta versiyasında aktivləşdirmə zamanı bütün kontakt və qrupları avtomatik şəkildə nömrənin dəyişməsi barədə məlumatlandıran funksiya istifadəyə verilib.

Bildirilir ki, funksiyanın quraşdırılması zamanı yeni nömrə haqqında bildirişin kimə çatacağını seçmək olar. Bu, siyahıdakı bütün kontaktlar və ya istifadəçinin ünsiyyətdə olduğu konkret şəxslər ola bilər. Qeyd edək ki, funksiyanın avtomatik işə düşməsi söndürüldüyünə görə onu əlavənin sazlamasında aktivləşdirmək lazımdır.

"WhatsApp" beta versiyasını quraşdırmazdan əvvəl stabil versiyanın ləğv olunması tələb olunur. Bundan başqa, beta versiyasında müəyyən səhvlər olsa da, yeni funksiyadan digər istifadəçilərdən tez yararlanmaq mümkün olur.

Nizam Nuriyev




Baxış sayı: 341

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024