12px13px15px17px
Tarix:20/04/17

Elektron imza tətbiqinin üstünlükləri və aktual problemlərinə həsr olunan Respublika Elmi-Praktiki konfransı keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin texniki dəstəyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (ATU) "Elektron imza İnformasiya Cəmiyyətinin (Elektron hökumətin) vacib atributudur: Elektron imza tətbiqinin üstünlükləri və aktual problemləri" mövzusunda Respublika Elmi-Praktiki konfransı keçirilib.

Konfransın ilk günündə çıxış edən ATU-nun rektor əvəzi Xalıq Yahudov elektron imzanı İnformasiya Cəmiyyətinin ən vacib atributu adlandırıb və bu sahədə olan çətinliklərin aradan qaldırılmasında konfransın böyük əhəmiyyət kəsb etdiyini deyib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri İsbəndiyar Əliyev isə "Azərbaycanda elektron hökumət: mövcud vəziyyət və inkişaf perspektivləri adlı məruzəsində bu sahədə tərəqqi üçün konkret hədəflərin müəyyən olunmasının vacibliyinə diqqət çəkib.

Qeyd edib ki, "Elektron hökumət" texnoloji layihə deyil, bu, hökumətin vətəndaşlarına xidmətlərdən daha sivil formada istifadə etmək imkanı verir.

Təhsil Nazirliyinin sektor müdiri Gültəkin Hüseynova da təhsil müəssisələrində elektronlaşma prosesinin sürətlə aparıldığını qeyd edərək, bu sahədə peşəkar kadrların hazırlandığını bildirib.

Dövlət Gömrük Komitəsinin idarə rəisi, Layihələrin idarə edilməsi assosiasiyasının prezidenti, general-mayor İqbal Babayev isə "Elektron hökumət proqramı çərçivəsində layihələrin idarə edilməsi prinsipləri: reallıqlar və perspektivlər" mövzusunda çıxış edib.

Məruzəçi "Elektron hökumət" sahəsində həyata keçirilən layihələrin yaxşı perspektivlər vəd etdiyini, amma bunun tam olaraq reallaşmasına zaman lazım olduğunu vurğulayıb. Sonra dünyada "Elektron hökumət" modelləri və Azərbaycan modeli haqda məlumat verib.

Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də çıxışında "Elektron hökumət"in qısa zamanda böyük nailiyyətlər qazandığını qeyd edib. O.Gündüz "Elektron hökumətin məntiqi davamı olan açıq hökumətin inkişaf istiqamətləri" adlı məruzəsində internet resursları üzərindən şəffaflığın daha sürətli şəkildə yayıldığını vurğulayıb.

Plenar iclasdan sonra konfrans işini aşağıdakı 3 bölmə üzrə davam etdirib:

- Elektron hökumətin imkanları və perspektivləri;

- Elektron imzanın əhəmiyyəti;

- İnformasiya cəmiyyətində elektron sənədlər və onların dövriyyəsi.

Konfransda "Elektron hökumət" portalının operatoru olan Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri "Elektron hökumət" portalının strukturu, "Elektron hökumət" portalının qurumlararası mübadilə servisləri, "Açıq hökumət məlumatları" portalının strukturu, "Elektron hökumət" portalında elektron arayışların formalaşması, "Artırılmış Reallıq" texnologiyasının "Elektron hökumət" portalında tətbiqi, "Elektron hökumət" portalının informasiya təhlükəsizliyi, "Elektron hökumət" portalının texniki infrastrukturu, ""Elektron imza" ilə menecment fəaliyyəti və biznes proseslərinin səmərəliliyinin artırılması", Mobil imza və elektron ödəniş tətbiqinin genişləndirilməsi, Açıq açar infrastrukturunun perspektiv texnologiyaları" , ""E-imza" texnologiyalarının kütləvi tətbiq sahələri, e-imza istifadəsinin texniki və hüquqi aspektləri", ""Elektron imza" tətbiqi ilə fərdi və məxfi məlumatların mühafizəsi" mövzularında elmi məqalə ilə çıxış ediblər.

Konfransa ümumilikdə 90 məqalə təqdim olunub.

 




Baxış sayı: 119

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 Dekabr 2017

11 12 2017

11/12/17
Avtonom avtomobillər üçün innovativ texnologiya təqdim olunub

“LG Electronics” şirkəti sürücüsüz avtomobillərin təhlükəsizliyini artırmağa imkan verən texnologiya 

11/12/17
Bu smartfon digərlərindən daha sürətli enerji toplayır

Çinin qabaqcıl smartfonunun batareyası 30 dəqiqə ərzində 53%, 1 saat müddətində isə 100% enerji ilə doldurulub.

11/12/17
Zaqatalada “Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başladı

Ölkəmizdə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi üzrə aparılan işlər çərçivəsində Zaqatala 

11/12/17
“3D” printerdə “Wi-Fi” qurğusu çap edilib

Vaşinqton Universitetinin alimləri üçölçülü printer vasitəsilə “Wi-Fi” qurğusu çap ediblər. 

11/12/17
“Fynoti” qurğusu evi oğrulardan qoruyacaq

Mütəxəssislər ev üçün mühafizə sistemlərini əvəzləyəcək yeni “Fynoti” qurğusunu təqdim ediblər. 

11/12/17
Yeni dron ofis işçilərinin həddən artıq əməksevərliyi ilə mübarizə aparacaq

Yaponiyanın “Taisei” şirkəti ofis işçilərinin həddən artıq əməksevərliyi ilə mübarizə üçün orijinal həll təkl

11/12/17
Növbəti il “iPhone” modelləri “L” şəkilli batareya ilə təchiz ediləcək

“Apple” şirkəti “OLED” ekranlı gələcək smartfonlar üçün “L” hərfi şəklində olan batareyaların haz

11/12/17
Proqramçılar “Windows” üçün görünməz virus yaradıblar

“EnSilo” şirkətinin əməkdaşları antivirus proqramlarını keçməyə imkan verən ən yeni metod təqdim ediblər.