12px13px15px17px
Tarix:20/04/17

“Huawei” iki yeni planşetini təqdim edib

Çinin “Huawei” şirkəti iki yeni planşet kompüterini nümayiş etdirib. 7 və 8 düymlük ekranla təchiz edilmiş “MediaPad T3” planşetləri yaxın gələcəkdə satışa çıxarılacaq.

7 düymlük model “Android 6.0” mobil əməliyyat sistemi ilə işləyən yığcam və ucuz planşetdir. Qurğu 1024x600 nöqtə təsvir ölçülü 7 düymlük “IPS” displey, 1,3 QHs takt tezlikli “MediaTek MT8127” prosessoru, 1 və ya 2 QB əməli yaddaş və 16/32 QB-lıq daşıyıcı ilə təchiz edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, bundan başqa planşetdə iki ədəd 2 meqapiksellik kamera, bütün əsas simsiz modullar dəsti mövcuddur və akkumulyator batareyasının tutumu 3100 milliamper/saat təşkil edir.

8 düymlük model 7 düymlük modeldən daha məhsuldar elektron içliyə malikdir. Sözügedən planşet 1,4 QHs takt tezlikli “Qualcomm Snapdragon 425” prosessoru, 1280x800 nöqtə təsvir ölçülü 8 düymlük ekran, 2/3 QB-lıq əməli yaddaş və 16/32 QB-lıq daşıyıcı ilə təchiz edilib.

8 düymlük ekranla təchiz edilmiş “MediaPad T3” modeli, həmçinin 5 və 2 meqapiksellik kameralar və 4800 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib. 8 düymlük model “EMUI 5.1” interfeysli “Android 7.0” sistemi ilə işləyir.

İstehsalçı hələlik qurğuların satışa çıxarılma tarixini və qiymətini açıqlamayıb.

Emil Hüseynov




Baxış sayı: 80

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Oktyabr 2017

17/10/17
Yeni “ağıllı” qurğu itən əşyaları axtaracaq

“Samsung” şirkəti itən əşyaları axtarmağa imkan verən “ağıllı” “Connect Tag” brelokunu təqdim edib. 

17/10/17
Smartfonlar üçün ilk “5G” modem təqdim edilib

“Qualcomm Technologies” şirkəti mobil qurğular üçün “5G” şəbəkəsində rabitə üçün ilk modem

17/10/17
Yeni “Huawei” smartfonları rəsmən təqdim olunub

“Huawei” şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl “Mate 10” və “Mate 10 Pro” smartfonlarını

17/10/17
“Android” sistemi ilə işləyən smartfonların 41%-i dağıdıcı "Wi-Fi” hücumu qarşısında dayanıqsızdır

“Wi-Fi” şifrləmə protokolunda aşkar edilmiş təhlükəli boşluq nəticəsində “Android” sistemi ilə işləyən 

17/10/17
Yeni “Samsung” smartfonlarının videosu dərc edilib

“MySmartPrice” resursu rəsmən təqdim edilməyən “Samsung Galaxy A5” (2018) və “Galaxy A7” (2018) 

17/10/17
“Xiaomi” şirkəti “Redmi 5A” smartfonunu təqdim edib

Çinin “Xiaomi” elektronika istehsalçısı yeni “Redmi 5A” smartfonunu təqdim edib. Qurğu teksturası 

16 10 2017

16/10/17
“Wi-Fi” şifrləmə protokoluna müdaxilə edilib

Simsiz giriş nöqtəsi və qurğular arasında məlumatların təhlükəsiz ötürülməsini təmin edən “WPA2” (“Wi-Fi Pr

16/10/17
Ölkəmizin startap ekosistemi barədə beynəlxalq konfransda məlumat verilib

Birləşmiş Krallığın Oxford Universitetində “Rəqəmli İqtisadiyyatın İnkişaf Təsirləri” adlı beynəlxalq 

16/10/17
Smartfondan ən çox hansı ölkənin sakinləri istifadə edir?

“Counterpoint” tədqiqat şirkəti dünya əhalisinin smartfondan istifadə müddətinin öyrənildiyi hesabatın 

16/10/17
40 terabaytlıq “Western Digital” sərt diskləri buraxılacaq

“Western Digital” şirkəti “Innovating to Fuel the Next Decade of Big Data” tədbiri çərçivəsində 40 terabayt

16/10/17
“Windows 10” əməliyyat sistemi istifadəçiləri izləyir?!

Daha bir Avropa dövləti “Microsoft” şirkəti tərəfindən “Windows 10 Home” və “Pro” sistemlərinin idarəetməsi

16/10/17
Proqramlaşdırıla bilən süni dəri yaradılıb

Kornell Universitetinin mühəndisləri proqramlaşdırıla bilən süni dəri hazırlayıblar. Səkkizayaqlı ilbiz 

16/10/17
Yeni onlayn təhsil proqramı istifadəyə verilib

“Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak yeni “Woz U” onlayn təhsil proqramını istifadəyə verib. 

16/10/17
“Android” sistemli qurğular üçün videozənglər sadələşdirilib

“Google” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün videozənglərin 

16/10/17
“Android” sistemi ilə işləyən smartfonlar təhlükə altındadır

“ESET” antivirus şirkətinin mütəxəssisləri ekranı bloka salmaq funksiyasına malik və “Android” mobil əməliyyat