12px13px15px17px
Tarix:05/10/11

“Napster” xidmətinin yeni sahibi şirkətin əməkdaşlarını işdən azad edəcək

“Rhapsody” şirkəti rəqibi “Napster” musiqi xidmətini əldə etdikdən sonra məlum olub ki, “Napster” əməkdaşlarının çox hissəsi işdən çıxarılacaq.

Bu barədə veb-mənbələrə istinadən “Gigaom” nəşri bildirib. Onların informasiyasına əsasən, “Napster”in Los-Anceles və San-Dieqoda yerləşən 2 ofisi bağlanacaq.

Ofislərdə işləyən təxminən 120 insanın işdən azad edilməsi planlaşdırılır. Ehtimal edilir ki, “Napster”in yeni sahibi “Rhapsody” sonra onlardan bəzilərinə iş təklif edəcək.

Həmçinin mənbələrdən biri bildirib ki, “Napster” xidmətinin abunəçilərinin sayı son illər ərzində əhəmiyyətli dərəcədə azalıb və hal-hazırda 400 mindən azdır. Halbuki 2008-ci ildə təxminən 800 min abunəçi olub.



Baxış sayı: 767

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020