12px13px15px17px
Tarix:21/04/17

16 meqapiksellik ön kamera ilə təchiz edilmiş smartfon təqdim olunub

Yaponiyanın “Sharp” şirkəti qabaqcıl “Aquos R” smartfonunu təqdim edib. Sözügedən qurğu yüksək təsvir ölçülü kameralarla təchiz edilib.

Yeni aparat 2560 x 1440 piksel təsvir ölçülü 5,3 düymlük “IGZO” displey, “HDR10” texnologiyası, yüksək məhsuldarlıqlı “Qualcomm Snapdragon 835” prosessoru, 4 QB-lıq əməli və 64 QB-lıq daimi yaddaşla təchiz edilib. Çıxarılıb taxılan “microSD” daşıyıcısı mövcuddur.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, əsas kamera 22,6 meqapiksellik matrisə və işıq diodu işıqlandırıcısına malikdir. Ön kameranın təsvir ölçüsü 16 meqapikseldir.

Telefon metal və şüşədən düzəldilmiş korpusa malikdir. Smartfonun digər  özəlliyi “IPx8” standartı üzrə suya qarşı davamlı olmasıdır.

Cihazın fiziki ölçüsü 153x74x8,7 mm-dir və “Android 7.1” mobil əməliyyat sistemi ilə işləyir. “Quick Charge 3.0” sürətli enerji doldurma funksiyasını dəstəkləyən akkumulyator batareyasının tutumu 3160 milliamper/saatdır.

“Aquos R” modelinin satışa çıxarılma tarixi və qiyməti haqda məlumat yoxdur.

Emil Hüseynov




Baxış sayı: 371

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024