12px13px15px17px
Tarix:25/04/17

Azərbaycanın tərəfdaş olduğu “Svyaz-2017” sərgisi öz işinə başlayıb

Azərbaycan Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "Svyaz-2017" ("Rabitə-2017") 29-cu Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgisində təmsil olunur.
 
Sərgidə tərəfdaş ölkə statusunda ilk dəfə Azərbaycan çıxış edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkil etdiyi milli pavilyonda ölkəmizin telekommunikasiya, elektron hökumət, elektron həllər, poçt və  mobil rabitə sahəsində qazandığı nailiyyətlər nümayiş olunur.

Sərgidə nazir müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. 
Nümayəndə heyətinin tərkibinə dövlət, özəl qurumlardan 20-yə yaxın təmsilçi daxildir.

Bu gün sərginin açılış mərasimi olmuşdur və tədbirdə digər rəsmilərlə yanaşı, Azərbaycan nümayəndəsi də çıxış etmişdir.

1975-ci ildən keçirilən sərgi MDB və Şərqi Avropada informasiya texnologiyaları və telekommunikasiya sahəsində ən böyük həll və məhsulların təqdim edildiyi platforma hesab edilir.
 
Aprelin 28-də başa çatacaq sərgidə dünyanın 21 ölkəsindən 322-dən çox aparıcı şirkət iştirak edir.
 
Sərgidə stasionar, mobil, peyk və optik-lif rabitəsi, məlumatötürmə şəbəkələri üçün həllər, telekommunikasiya, server və şəbəkə avadanlığı, kabel, peyk televiziya və radio yayımı sistemləri, xüsusiləşmiş proqram təminatı, informasiya təhlükəsizliyi, virtuallaşdırma, internet texnologiyaları, elektron ticarət sahəsində həllər və xidmətlər təqdim olunur.
 
Bundan başqa, "Svyaz-2017" aktual məsələlərin müzakirəsi, sahə üzrə peşəkarların, tədarükçü və alıcıların ünsiyyəti üçün əlverişli müzakirə meydançasıdır. Sərgi zamanı telekommunikasiya və İT sənayesinin aktual məsələlərinə həsr olunmuş konfrans, "dəyirmi masa" və təqdimatların keçirilməsi nəzərdə tutulur. 













Baxış sayı: 457

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024