12px13px15px17px
Tarix:26/04/17

“Google” rəyləri istifadəçi dilinə tərcümə edəcək

“Google” yerli idarə və şirkətlər haqqında rəyləri onlara baxan istifadəçinin dilinə tərcümə edəcək yeni funksiyanı istifadəyə verib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Searchengines” resursuna istinadən yazır ki, tərcümə “Google Maps” əlavəsində və ya axtarış sistemində sorğu verilən zaman avtomatik həyata keçiriləcək. Rəylər qurğuda quraşdırılan dildə göstəriləcək. Əvvəlcə tərcümə olunan, daha sonra orijinal versiya təqdim olunacaq.

Yeni funksiyadan yararlanmaq üçün “Google Maps” proqramını və axtarış əlavəsini sonuncu versiyayadək yeniləmək tələb olunur.

Nizam Nuriyev




Baxış sayı: 305

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024