12px13px15px17px
Tarix:04/05/17

Cenevrədə keçirilən e-ticarət həftəsində yüksək texnologiyaların inkişafı üzrə Azərbaycanda görülən işlərdən danışılıb

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən Cenevrə şəhərində təşkil olunan “2017: E-ticarətə doğru” adlı elektron ticarət həftəsi başa çatıb. E-ticarət, rəqəmsal iqtisadiyyat və inkişafa dair mövzular üzrə dövlət və özəl sektorun təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi də iştirak edib.
 
 
Tədbirdə Ümumdünya Ticarət Təşkilatının baş direktoru Roberto Azevedo, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jao, Beynəlxalq İstehlakçılar Birliyinin direktoru Amanda Lonq, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi Mukhisa Kituyi və “Alibaba Group” şirkətinin rəhbəri Cek Ma iştirak ediblər.
 
 
Elektron ticarət həftəsi çərçivəsində “Hər kəs üçün rəqəmsal transformasiya: Sahibkarların və kiçik biznesin gücləndirilməsi” mövzusu üzrə rəqəmsal inqilab nəticəsində dəyişən iqtisadi sferaya cəmiyyətin uyğunlaşmasına dair müxtəlif mövzular müzakirə edilib.
 
 
Həmçinin e-ticarətin genişləndirilməsi, iqtisadi inkişafda yeni nailiyyətlərin əldə edilməsi üçün “Hər kəs üçün E-ticarət” onlayn platforması təqdim olunub.
 
 
Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov ölkəmizdə informasiya kommunikasiya texnologiyaları sahəsində, habelə innovativ sahibkarlığın inkişafı üzrə görülmüş işlər barədə məlumat verib.
 
 
Eyni zamanda A.Bayramov “Alibaba Group” şirkətinin rəhbəri Cek Ma və şirkətin vitse-prezidenti Erik Pelletye ilə keçirilən görüşdə informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə əməkdaşlığa böyük maraq olduğunu bildirib.








Baxış sayı: 445

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024