12px13px15px17px
Tarix:04/05/17

“Messenger Lite” proqramı istifadəyə verilib

“Facebook” şirkəti 150 yeni ölkədə “Messenger” əlavəsinin sadələşdirilmiş versiyasını istifadəyə verib.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, “Messenger Lite” adlanan versiya servisin mətnli məlumat, foto mübadiləsi, emodzi və stikerlər göndərmək, eləcə də qrup iştirakçılarının siyahısının redaktəsi kimi bütün digər imkanlardan yararlanmağa imkan verir. Proqramın tutumu 10 meqabayt təşkil edir.

“Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün nəzərdə tutulan əlavəni buradan yükləmək mümkündür.

Xatırladaq ki, ötən ilin oktyabrında təqdim edilən “Messenger” proqramının sadələşdirilmiş versiyası əvvəlcə Keniya, Tunis, Malayziya, Venesuela və Şri Lankada istifadəyə verilib.

“Messenger Lite” servisi ilk növbədə internet bağlantısı aşağı keyfiyyətli və internet xidmətlərinin baha olduğu regionların sakinləri üçün nəzərdə tutulub.

Nizam Nuriyev 




Baxış sayı: 376

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024