12px13px15px17px
Tarix:05/05/17

Yeni “ağıllı” saat idarəetmə interfeysi yaradılıb

Almaniyanın Maks Plank adına İnformatika İnstitutunun, Danimarkanın Kopenhagen Universitetinin və Finlandiyanın Aalto Universitetinin tədqiqatçıları barmaqları əl üzərində hərəkət etdirməklə mobil qurğuları idarə etməyə imkan verən yeni “WatchSense” interfeysini təqdim ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, hazırda konsepsiya istifadəçinin bazu önünə bərkidilən kiçik ötürücü ətrafında qurulur. Ötürücü istifadəçinin şəhadət və baş barmaqları saatın taxıldığı əlin arxa tərəfində, eləcə də onun yuxarı hissəsində hərəkət edən zaman onların vəziyyətini müəyyənləşdirir. İstifadəçi proqram təminatı müxtəlif hərəkətlər üçün ayrı-ayrı komandalar təyin edərək istifadəçilərə bənd edilən mobil qurğunun istənilən funksiyasını idarə etməyə imkan verir.

Hazırda ötürücünün “ağıllı” saatdan ayrılmasına baxmayaraq tədqiqatçılar hesab edir ki, tezliklə miniatür ötürücüləri bilavasitə saatlara quraşdırmaq mümkün olacaq.

Keçirilən laboratoriya testlərində “WatchSense” texnologiyasının smartfonlar üçün musiqi əlavələri ilə müqayisədə daha tez musiqinin səsini tənzimləyə və mahnı seçməyə imkan verməsi müəyyən olunub.  

Nizam Nuriyev 




Baxış sayı: 306

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024