12px13px15px17px
Tarix:08/05/17

“Android” üçün hər 10 saniyədə yeni virus yaradılır

"Android" əməliyyat sistemi üçün zərərli proqram təminatı sürətlə yayılaraq hər 10 saniyədə yeni nümunələri yaradılır. Bu barədə Almaniyanın "G Data" tədqiqat şirkətinin hesabatında deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "Macdigger" resursuna istinadən yazır ki, ekspertlərin məlumatına görə, 2017-ci ilin birinci yarısında "Android" üçün 750 mindən çox yeni virus yaradılıb ki, bu da gündə 8400 yeni zərərli proqram deməkdir. İlin sonunadək belə proqram təminatının ümumi sayının 3,5 milyonadək artacağı gözlənilir.

Viruslar üzrə analitiklər problemin ikinci dərəcəli qurğu istehsalçıları arasında xüsusilə yayılması barədə xəbərdarlıq edirlər. Belə qurğular üçün yenilənmələr gec-gec və çox vaxt yubanmalarla  buraxılır. Smartfon və planşetlərin cüzi hissəsinin aktual "Android 7.0" versiyasından istifadə etməsi faktı isə vəziyyəti daha da pisləşdirir.  

Viruslar xüsusilə "Lollipop" və "Marshmallow" sistemli qurğularda aktiv yayılır: yoluxmuş əlavələrin üçdə iki hissəsi onların payına düşür.

"Google" şirkətinin mobil platformasının versiyaları üzrə statistika:
  • "Gingerbread" (2.3–2.3.7): 0,9 %;
  • "Ice Cream Sandwich" (4.0.3–4.0.4): 0,9%;
  • "Jelly Bean" (4.1.x–4.3): 10,1%;
  • "KitKat" (4.4): 20,0%;
  • "Lollipop" (5.0–5.1): 32,0%;
  • "Marshmallow" (6.0): 31,2%;
  • "Nougat2 (7.0–7.1): 4,9%.
Ekspertlər qeyd edir ki, 2015-2016-cı illərdə "Android" üçün müvafiq olaraq 2,3 və 3,2 milyon yoluxdurulmuş proqram aşkarlanıb.

Dünyada on mobil telefondan doqquzunun "Android" sistemi ilə işləməsi nəzərə alınmaqla hakerlərin "Google" əməliyyat sisteminə marağı təəccüb doğurmur.

Nizam Nuriyev




Baxış sayı: 347

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024