12px13px15px17px
Tarix:10/05/17

“Snapdragon 630” prosessoru təqdim olunub

ABŞ-ın “Qualcomm” şirkəti orta səviyyəli smartfonlarda istifadə üçün nəzərdə tutulan 14 nanometrlik “Snapdragon 630” prosessorunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, modelin əsasını 64 bitlik arxitekturanı dəstəkləyən səkkiz “ARM Cortex-A53” hesablama nüvəsi təşkil edir. Onlar hər biri dörd ədəd olmaqla 1,8 və 2,2 giqahers takt tezlikli blokda birləşib. İstehsalçı nümayəndələrinin sözlərinə görə, yeni qurğu “Snapdragon 626” çipindən 30 faiz güclüdür. “Adreno 508” qrafik kontrollerinin və “X12 LTE” mobil modeminin quraşdırıldığı kristal əsaslı sistemdə məlumatların yüklənmə sürəti 600 Mbit/saniyə təşkil edir.  

Bildirilir ki, prosessor 8 giqabayt tutumlu “LPDDR4-1333” formatlı operativ yaddaşla işləyir. “Snapdragon 630” ilə təchiz edilən smartfonlarda 1920х1200 piksel təsvir ölçüsündə ekrandan və 24 meqapikselli kameradan istifadə mümkündür. Həmçinin, “Wi-Fi 802.11ac”, “802.11n”, “802.11a/b/g”, “Bluetooth 5.0” və “NFC” texnologiyaları dəstəklənir. Bundan əlavə, yeni prosessor “GPS”, “GLONASS”, “Beidou” və “Galileo” naviqasiya sistemləri ilə uyğunluq təşkil edir.

“Qualcomm Snapdragon 630” prosessorunun tədarükünə cari rübün sonunadək başlamaq nəzərdə tutulur.

 Nizam Nuriyev 




Baxış sayı: 142

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 İyul 2019

19 07 2019

19/07/19
Qazanaoxşar dron yaradılıb

Lozanna Federal Politexnik Məktəbinin (EPFL) mühəndisləri uçuş müddəti artırılan “Flybotix” adlı pilotsuz

19/07/19
“Google Play” mağazasında casus proqramları aşkar edilib

“Avast” antivirus istehsalçısı “Google Play” mağazasının kataloqunda 7 casus proqramı aşkar edib. Bu proq

19/07/19
Britaniyada enerji səmərəliliyinə malik texnologiyaların inkişafına maliyyə vəsaiti ayrılacaq

Böyük Britaniya hökuməti enerji sistemlərinin səmərəliliyinin artırılmasına yönələn texnoloji layihələrə

19/07/19
Alimlər kvant kompüterinin işini 200 dəfə sürətləndirməyə nail olublar

Hər bir hesablama maşını məntiqi ventillərdən (məntiqi əməliyyatları yerinə yetirən qurğular) ibarətdir.

19/07/19
Yaponiya “Libra” kriptovalyutasının etibarlılığına şübhə edir

Yaponiya hökuməti “Facebook” şirkətinin tezliklə dövriyyəyə buraxmaq istədiyi “Libra” kriptovalyutasını

19/07/19
“Instagram” bir neçə ölkədə postların altında laykların sayını gizlədib

“Instagram” sosial şəbəkəsi Avstraliya, Braziliya, İtaliya, İrlandiya, Yeni Zelandiya və Yaponiyada istif

19/07/19
Çində “5G” standartlı ilk səkkiz smartfona keyfiyyət sertifikatı verilib

Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk səkkiz smartfon modelinə ölkə bazarına d