12px13px15px17px
Tarix:06/10/11

“Kibercinayətkarlıqla mübarizə gücləndirilməlidir”

Kibercinayətkarlıqla mübarizə müasir dünyada daha çox əhəmiyyət kəsb edir. Bu barədə ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay bu gün Azərbaycan paytaxtında keçirilən "Kibercinayətə qarşı mübarizə - hərtərəfli kibertəhlükəsizliyi təmin edən əsas amil kimi" konfransda deyib.

Onun sözlərinə görə, internet həyatımızın bir hissəsinə çevrilib və informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar bu məkanın da kibercinayətkarlıqdan qorunması vacibdir.

“ATƏT, Avropa İttifaqı, BMT, NATO və digər beynəlxalq təşkilatlar kibercinayətkarlıqla mübarizəni öz işlərinin prioritetlərindən birinə çeviriblər. Kibercinayətkarlıqdan heç bir ölkə, o cümlədən Azərbaycan qorunmayıb.

Buna görə ATƏT və Azərbaycan hökümətinin bu istiqamətdə səyləri artırılmalıdır. Bu istiqamətdə müxtəlif layihə və proqramlar genişləndiriləcək”, K.Tarqay bildirib.



Baxış sayı: 931

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024