12px13px15px17px
Tarix:12/05/17

“OUKITEL” şirkəti ən təhlükəsiz smartfonunu təqdim edib

“OUKITEL” şirkəti qabaqcıl təhlükəsizlik sistemi və möhkəm ekranla təchiz edilmiş yeni “K4000 Plus” smartfonunu çıxarıb.

Təhlükəsizlik sistemi ayrı proqram şəklində deyil, “OUKITEL OS” əməliyyat sistemi (ƏS) səviyyəsində reallaşdırılıb. Həm şəkil, həm yazışma, daxil olan və gedən çağırışların tarixçəsi, videoçarxları xüsusi bölməyə yerləşdirmək mümkündür.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, sistemin müdafiəsi yalnız şifr və ya barmaq izinin skanerindən ibarət deyil: məsələn, məxfi bölməyə giriş üçün nömrəyığan aparatda məxfi kombinasiyanın daxil edilməsini tənzimləmək olar. Bu halda heç kəs ilk baxışdan adi görsənən smartfonda məxfi məlumatların saxlanılmasından şübhələnməyəcək.

Bundan başqa, smartfon möhkəm korpus və ekranla təchiz edilib.

Emil Hüseynov






Baxış sayı: 331

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024