12px13px15px17px
Tarix:15/05/17

“Apple Watch” qol saatı və neyron şəbəkələri insult riskini 97% dəqiqliklə müəyyənləşdirəcək

“Apple Watch” smart saatları neyron şəbəkələri ilə vəhdətdə ürək-damar sistemi xəstəliyinin simptomlarını 97% dəqiqliklə müəyyənləşdirmək qabiliyyətinə malikdir. Kaliforniya Universitetinin kardioloqları belə qənaətə gəliblər.

“ICTnews” Elektron Xəbər Xidməti hitech.vesti.ru saytına istinadən yazır ki, alimlərin məlumatına görə, “Apple” cihazına qurulmuş nəbzölçən ürək qulaqcıqları fibrilyasiyasını (ürək əzələsinin normal fəaliyyətinin pozulması) aşkar etmək gücündədir. Sözügedən xəstəlik qan dövranında problemlər, insult və tromboz kimi fəsadlar yarada bilər.

Araşdırmada iştirak etmiş 200 nəfərə ürək qulaqcıqlarının fibrilyasiyası diaqnozu qoyulub. 51 pasiyentdən test nümunəsi götürmüş alimlər “Apple Watch” smart saatının göstəricisini elektrokardioqramın göstəricisi ilə müqayisə etdikdə məlum olub ki, “Apple” şirkətinin qurğusu 97% halda xəstəliyi müəyyənləşdirmək qabiliyyətinə malikdir.

Emil Hüseynov




Baxış sayı: 301

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024