12px13px15px17px
Tarix:15/05/17

Təhlükəsizlik kamerası öz sahibini və ev heyvanlarını "tanıyır"

“Android” mobil əməliyyat sisteminin yaradıcısı Endi Rubi tərəfindən maliyyələşdirilən “Lighthouse” startapının məhsulu olan təhlükəsizlik kamerası insan və ev heyvanlarının sifətini tanıya bilir. "3D görüntü" texnologiyası sayəsində qurğu evə kimin daxil olduğu və nə etdiyini müəyyənləşdirir.

“ICTnews”  Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Lighthouse” cihazı gecəgörmə və 1080p formatında video çəkilişi funksiyalarına, dinamik, mikrofon, sirena, həmçinin canlı və cansız obyektlər arasında fərqi müəyyənləşdirən 3D datçikə malik RGB kamera ilə təchiz edilib.

Cihaz müxtəlif vəziyyətlər haqda xəbərdarlıqların göndərilməsi üçün  proqramlaşdırıla bilər.

Sifətin tanınmasına süni intellekt sistemi məsuliyyət daşıyır. Lakin sistemin ailənin bir üzvünü digərindən nə dərəcədə ayırması məlum deyil. Bundan başqa, kamera informasiyanı "bank səviyyəsində" şifrləyir. Məlumatlar 30 gün ərzində saxlanılır, bundan sonra avtomatik silinir.

ABŞ-da sözügedən cihazı 399 dollara ilkin sifariş etmək mümkündür. Sentyabrda kameranın tədarükünə başlanacaq.

Emil Hüseynov




Baxış sayı: 412

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 May 2024

02 05 2024