12px13px15px17px
Tarix:16/05/17

“Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi" mövzusuna həsr edilmiş təlim keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzi əhalinin elektron xidmətlərdən istifadə bacarıqlarının artırılması, elektron xidmətlər haqqında məlumatların yayılması və ümumilikdə elektron idarəçilik üzrə biliklərin inkişafı üçün birgə təlimlər təşkil edir.
 
Silsilə təlimlərin davamı olaraq, 17 may tarixində saat 12:00-da elektron xidmətlər üzrə növbəti ödənişsiz təlim keçiriləcək.
 
Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi” mövzusuna həsr edilən təlimdə bütün maraqlı şəxslər, sahibkarlar və təşkilatların əməkdaşları iştirak edə bilərlər.

Qeyd edək ki, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi” qaydalarına əsasən, sığorta edənlər qeydiyyata alındığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarına hər rüb məcburi dövlət sosial sığortası barədə hesabat təqdim edirlər. 2017-ci il 1 aprel tarixindən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması ilə “Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi” xidmətinə müraciət “Elektron imza” vasitəsi ilə aparılır.
 
Bu elektron xidmətdən istifadə haqqında məlumat əldə etmək istəyənlər qeydiyyatdan keçib, təlimdə iştirak edə bilərlər. Təlimdən qeydiyyat keçmək üçün bu linkə daxil olmaq lazımdır.

Əlavə məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlamaq olar:
(012) 505-01-13, (077) 505-01-13.

Ünvan: Şərifzadə 241, Yasamal ATS-nin yanı (“İnşaatçılar” metro stansiyası)







Baxış sayı: 511

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024