12px13px15px17px
Tarix:18/05/17

“Android Pay” sistemi “NFC” texnologiyalı smartfonlara tələbatı artıracaq

Mütəxəssislər “Android” əməliyyat sisteminin populyarlığı və “Android Pay” ödəniş sisteminin funksiyalarının genişləndirilməsi ilə əlaqədar olaraq “NFC” texnologiyasına malik smartfonlara tələbatın artacağını proqnozlaşdırırlar.  

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, “Android Pay” ən sadə və təhlükəsiz ödəniş sistemidir. Həmçinin sistem kredit, debet və hədiyyə kartını tanıyır, eləcə də xüsusi təklifləri smartfonda göstərir. “Google” şirkəti “Android Pay” servisinin tədricən yeni funksiyalarla təchiz ediləcəyini bildirir. 

Ödəniş sistemindən “Android 4.4” əməliyyat sisteminin idarəetməsi ilə işləyən və “NFC” moduluna malik bütün qurğu sahibləri yararlana bilər. Gələcəkdə “Android Pay” sisteminin kənar əlavələrlə işləyə biləcəyi gözlənilir.

“Near Field Communication” (NFC) - 10 santimetrə yaxın məsafədə yerləşən qurğular arasında məlumat mübadiləsinə imkan verən kiçik təsir radiusuna malik yüksəktezlikli simsiz rabitə sistemidir. Texnologiya ilə təchiz olunmuş qurğuların köməyi ilə istifadəçilər kontaktsız üsulla ödəniş edə (mal və ya xidmət, nəqliyyatda gediş haqqı və s. üçün ödənişlər), eləcə də müxtəlif mallar haqqında məlumat ala bilərlər. Texnologiya mahiyyət etibarilə bank kartını tam əvəz edir.

Nizam Nuriyev 




Baxış sayı: 607

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024