12px13px15px17px
Tarix:22/05/17

“Panasonic” şirkəti “Toughbook 33” adlı möhkəm hibrid planşet təqdim edib

"Panasonic" şirkəti "Windows 10" əməliyyat sistemi ilə işləyən "Toughbook 33" adlı möhkəm hibrid planşetinin satışına başlayır. Sözügedən planşet mayın sonunadək 3649 dollar qiymətinə əlçatan olacaq.

Planşetin üzərində "Windows ink" ilə iş rejimini dəstəkləyən və "IP55" standartı üzrə qorunmuş elektron qələm təklif edilir.

"ICtnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, "Panasonic Toughbook 33" planşeti 1200 kd/m2 parlaq göstəricisi və "QHD" (2160x1440 piksel) təsvir ölçüsünə malik 12 düymlük sensor ekranla təchiz edilib. Ekran açıq havada, parlaq günəş işığı və ya güclü yağış zamanı istifadəyə yararlıdır. Həm ələ taxılmış əlcək, həm də rəqəmli qələmin köməyi ilə displeyi idarə etmək mümkündür.

Planşet "Intel Core i5" və "i7" prosessorları, 16 QB-dək əməli yaddaş, 512 QB-dək sərtgövdəli daşıyıcı, stereo mikrofon, 2 meqapiksellik veb-kamera, 8 meqapiksellik arxa kamera ilə təchiz edilib. "LTE" mobil şəbəkəsini dəstəkləyir. "USB 3.0", "HDMI", "LAN", "Micro SD-X" portları, audio konnektor nəzərdə tutulub.

"Toughbook 33" planşetinin korpusu maqnezium ərintisindən hazırlanıb və 1,2 metr hündürlükdən yerə düşməyə davamlıdır. Noutbuk toz və suya qarşı dayanıqlıdır. Yığcam kompüter rejimində qurğunun çəkisi 2,76 kq, planşet rejimində isə 1,52 kq-dır.

Emil Hüseynov




Baxış sayı: 308

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024