12px13px15px17px
Tarix:23/05/17

“Nokia” şirkətinin yeni qabaqcıl smartfonunun xarakteristikaları məlum olub

“FrAndroid” portalının jurnalistləri ikiqat kamera ilə təchiz edilmiş yeni qabaqcıl “Nokia 9” smartfonunu sınaqdan keçiriblər. Mənbə qeyd edir ki, smartfon xüsusi çexolun içində olub və bu, cihazın dizaynını qiymətləndirməyə imkan verməyib.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, smartfon 2560x1440 nöqtə təsvir ölçülü 5,27 düymlük displeylə təchiz edilib və “Always On Display” funksiyasını dəstəkləyir. Həmçinin 8 nüvəli “Qualcomm Snapdragon 835” prosessoru və 4 QB əməli yaddaşa malikdir. Smartfon “Android 7.1.1” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Həmçinin smartfonda hər bir modulunun təsvir ölçüsü 13 meqapiksel olan ikiqat kamera mövcuddur. “Huawei” şirkətinin cihazlarında olduğu kimi, sensorlardan biri ağ-qaradır və kameranın işini tənzimləyən proqramda sensorlar arasında keçid etmək mümkündür. Ancaq mənbələr qeyd edir ki, şəkillərin keyfiyyəti ortadır.

Təxminlərə görə, telefonun korpusu metaldan hazırlanıb. Korpusa  qulaqlıq və “USB Type-C” üçün konnektor quraşdırılıb. Displeyin alt hissəsində barmaq izi skaneri funksiyasını yerinə yetirən düymə və iki sensor klaviş yerləşir. Smartfonun təqdimetmə tarixi və qiyməti məlum deyil.

Emil Hüseynov




Baxış sayı: 314

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024