12px13px15px17px
Tarix:31/05/17

“Android” sisteminin yaradıcısı modulyar smartfon təqdim edib

“Android” mobil əməliyyat sisteminin yaradıcısı Endi Rubin tərəfindən təsis edilmiş “Essential” şirkəti ilk smartfonunu təqdim edib. “Essential Phone” keramik qapaqdan ibarət titan korpus və çərçivəsiz displeylə təchiz edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, cihaz “Gorilla Glass 5” şüşəsi ilə qorunmuş 2560x1312 nöqtə təsvir ölçülü 5,7 düymlük ekrana malikdir.
 
“Essential Phone” aparatı “Qualcomm Snapdragon 835”  prosessoru, 4 QB-lıq əməli yaddaş və 128 QB-lıq daxili yaddaşla təchiz edilib. Arxa panelə qurulmuş ikiqat kameranın təsvir ölçüsü 13 meqapikseldir. “Huawei” şirkətinin smartfonlarında olduğu kimi, kameranın ikinci modulu ağ-qara təsvir ölçüsünə malikdir və əsas kamera ilə müqayisədə daha çox işıq cəlb edir. Ön kameranın təsvir ölçüsü 8 meqapikseldir.
 
Qurğunun arxa qapağına qurulmuş xüsusi maqnit birləşdiriciyə əlavə cihazlar qoşulacaq. Smartfonla birgə 360 dərəcəli kamera nümayiş etdirilib. “Essential Phone” smartfonunda qulaqlıqlar üçün konnektor nəzərdə tutulmayıb, amma cihaz birləşdirici ilə təchiz ediləcək.
 
Telefon 4 rəngdə (qara, boz, ağ və göy-yaşıl) əlçatan olacaq. “Essential Phone” aparatının qiyməti 700 dollardan başlayır, 360 dərəcəli kamera ilə olan versiyanın qiyməti isə 750 dollardır.
 
Emil Hüseynov




Baxış sayı: 415

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024