12px13px15px17px
Tarix:31/05/17

“Apple” 30 iyunda bir sıra qurğularına dəstəyi dayandıracaq

“Apple” şirkəti noutbuk və smartfonların bir sıra köhnə modellərini dəstəkləməkdən imtina edib. Bu haqda “Apple”ın rəsmi məlumatına istinadən “9to5mac” bloqu yazıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, məlumata əsasən, iyunun 30-da “MacBook Air” (11 və 13 düymlük modellər, 2011-ci il), “MacBook Pro” (13 və 15 düymlük modellər, 2011-ci il), “MacBook Pro” (17 düymlük model, 2009-cu il) noutbukları, “AirPort Express 802.11n” giriş nöqtəsi (birinci nəsil, 2008-ci il), həmçinin 2009-cu ildə çıxarılmış “iPhone 3GS” smartfonu köhnə qurğular kateqoriyasına daxil ediləcək. Bu o deməkdir ki, yuxarıda adları sadalanan qurğuların sahibləri həmin qurğuları “Apple”ın mağazalarında və ya xidmət mərkəzlərində təmir etdirə bilməyəcəklər.

“9to5mac” bloqu qeyd edir ki, “Apple” şirkəti adətən qurğuların istehsalını dayandırdıqdan 5-7  il sonra onları köhnə qurğular kateqoriyasına daxil edir. Bu müddət ərzində qurğular üçün ehtiyat hissələrini tapmaq çətinləşir və cihazların təmiri əlverişli sayılmır. Həmçinin şirkət istifadəçilərə qurğulara dəstəyin dayandırılması haqda xəbərdarlıq göndərmir, bu barədə yalnız saytda məlumat dərc edir.

Emil Hüseynov




Baxış sayı: 318

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024