12px13px15px17px
Tarix:07/10/11

“Microsoft” təhlükəsizliklə bağlı 8 bülleten çıxaracaq

“Microsoft” bildirib ki, gələn çərşənbə axşamı proqram təminatında 23 boşluğu aradan qaldırmağı planlaşdırır. Şirkətin xəbərinə əsasən, redaktə çərçivəsində İT təhlükəsizlik ilə bağlı 8 müxtəlif bülleten çıxarılacaq, onlardan ikisi kritik səviyyəli boşluqlardır.

“Microsoft Bulletin Advance Notification” xəbərində bildirilib ki, digər boşluqlar "əhəmiyyətli" kimi qeyd olunub və “Forefront Unified Access Gateway”, “Host İntegration Server” və “Windows” əməliyyat sistemlərinin bir sıra versiyalarının proqram təminatı ilə bağlıdır.

Kritik təhlükəli bülletenlərdən biri “Windows” əməliyyat sistemi və “İnternet Explorer” səyyahında ciddi xətanı aradan qaldırır. Bu xəta hakerlərə uzaq məsafədən zərərverici proqram təminatını icra etməyə imkan yaradırdı.

Bu boşluğa “İnternet Explorer 6, 7 8” səyyahlarının, “Windows XP”, “Vista” və “7”, həmçinin “Windows Server 2003, 2008” server sistemlərinin məruz qaldığı bildirilib.

İkinci kritik təhlükəli boşluq isə “.NET”və “Silverlight” ilə bağlıdır. Xəbərdə deyilir ki, praktik olaraq bütün çıxarılan düzəltmələr əməliyyat sisteminin yenidən yüklənməsini tələb edəcək.

Həmçinin, gələn çərşənbə axşamı korporasiya “Malicious Software Removal Tool” proqram təminatının yenilənmiş versiyasını da çıxaracaq.



Baxış sayı: 988

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024