12px13px15px17px
Tarix:01/06/17

“Aztelekom”dan internet istifadəçilərinə şad xəbər

"Aztelekom" MMC bu gündən etibarən "SAF" – təhlükəsiz internet xidmətinin tətbiqinə başlayıb.
 
Geniş seçim imkanı yaradan xidmət sürətli informasiya axınında istifadəçini internet təhlükələrindən, o cümlədən viruslu, arzuolunmaz məzmunlardan və  zorakılığı təbliğ edən zərərli kontentlərdən qoruyur.
 
"Aztelekom.net" internet provayderinin abunəçiləri üçün təklif edilən bu xidmət insanların, əsasən də azyaşlı uşaqların psixologiyasına mənfi təsir edən veb səhifələri filtrasiya edib, cinayətkarlıq, əxlaqsızlıq və aqressivliyi əks etdirən internet saytlarına girişi nəzarətə götürür, arzuolunmaz saytların girişinə qadağa qoyur.
 
 Uşaqlar arzuolunmaz saytlara daxil olmaq istədikdə "SAF" bu səhifələri girişi məhdudlaşdırır.
 
Bu xidmətdən yalnız azyaşlı uşaqların valideyinləri deyil, eləcə də iş saatlarında effektivliyin artırılması məqsədi ilə hüquqi şəxslər də istifadə edə bilərlər.
 
 
Xidmətdən istifadə qaydaları isə olduqca sadədir.
 
İstifadəçi "ağ siyahı" yaradaraq, arzuolunan internet resurslarının siyahısını tərtib edir. Eyni zamanda təhlükəli resursları "qara siyahı"ya salaraq, onlardan istifadəni məhdudlaşdıra bilir.
 
Həmçinin, istifadəçi istədiyi vaxt filtri deaktivləşdirir, arzu etdiyi veb resurslara daxil olur, daha sonra isə deaktiv etdiyi resursu aktiv edə bilir.
 
Qeyd edək ki, istifadəçilər 9 rayonun (Abşeron, İmişli, Naftalan, Göyçay, Şirvan, Lənkəran, Qəbələ, Oğuz və Hacıqabul) ərazisində SAF-təhlükəsiz internet xidmətindən test rejimində yararlanıblar. 




Baxış sayı: 1726

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






13 Dekabr 2017

13/12/17
Dünya informasiya təhlükəsizliyi bazarının həcmi 9 faiz artıb

“Canalys” analitik şirkəti 2017-ci ilin üçüncü rübündə dünyada kibertəhlükəsizlik üç

13/12/17
Bu şirkətin noutbuklarında klaviatura casusu aşkar edilib

“HP Inc.” şirkətinin kompüterlərində yenidən casus funksionallığı aşkar edilib. Bu barədə informasiya 

13/12/17
Növbəti “Galileo” peyk sistemi buraxılıb

“Ariane-5” raketdaşıyıcısı dekabrın 12-də Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın 

13/12/17
“Microsoft” kvant hesablamaları üçün proqramlaşdırma dili təqdim edib

“Microsoft” şirkəti tərəfindən təqdim edilmiş “Quantum Development Kit” adlı hazırlama vasitələri paketinin 

13/12/17
“Samsung” qurğuların enerji ilə dodurulması üçün “ağıllı” sviteri patentləşdirib

Cənubi Koreyanın “Samsung” şirkəti istifadəçilərə qurğuları enerji ilə doldurmağa imkan verəcək 

13/12/17
“Goldmont Plus” arxitekturalı ilk birkristallı “Gemini Lake” sistemləri təqdim edilib

“Intel” şirkəti “Goldmont Plus” arxitekturası əsasında ilk birkristallı “Gemini Lake” sistemlərini 

13/12/17
Ekranın alt hissəsinə qurulmuş barmaq izi skaneri ilə təchiz edilmiş smartfon təqdim olunacaq

ABŞ-ın kompüter komponentləri istehsalçısı olan “Synaptics” şirkəti ekranın alt hissəsinə qurulmuş “Clear ID

12 12 2017

12/12/17
“Android” sisteminin yeni versiyası çox az sayda smartfona qurulub

ABŞ-ın “Google” şirkəti tərəfindən dərc edilmiş “Android” mobil əməliyyat sisteminin müxtəlif versiyalarının 

12/12/17
Neyroşəbəkə insanı nəfəsinə görə tanıyıb

ABŞ-ın Karnegi-Mellon Universitetinin (Carnegie Mellon University) alimlər qrupu tədqiqat apararaq 

12/12/17
Alimlər istənilən barmağı tərpətməyə imkan verən əl protezi yaradıblar

Corciya Texnologiya İnstitutundan olan alimlər qrupu tərəfindən hazırlanmış əl protezi amputasiya edilmiş ələ 

12/12/17
Ən yaxşı kameraya malik smartfonların siyahısı dərc edilib

“DxOMark” şirkətinin ekspertləri smartfon kameralarının sınaqları üzrə yekunları dərc ediblər. 

12/12/17
Dünyanın ən innovativ şirkətlərinin reytinqi açıqlanıb

Avropa Komissiyası 2017-ci il üçün ən innovativ şirkətlərin reytinqini dərc edib. 

12/12/17
“NASA” 3 kosmik teleskop buraxacaq

ABŞ Kosmik Agentliyi (NASA) yaxın 10 ildə kosmosa həyat üçün potensial yararlı planetlərin 

12/12/17
Partlayışa davamlı planşet təqdim edilib

Yaponiyanın “Panasonic ToughPad” şirkəti təhlükəsiz planşetlərdən ibarət istehsal xəttinə yeni model əlavə 

12/12/17
İnternet uşaqların ehtiyacına uyğunlaşdırılmayıb

İnternet uşaqlar üçün böyük imkanlar açır. Lakin dünyada oğlan və qızların 33%-i internetdən istifadə imkanına

12/12/17
1 həftə müddətində avtonom işləyən smartfon təqdim ediləcək

Az tanınan “Oukitel” şirkəti güclü akkumulyatora malik smartfon təqdim edib. Söhbət “Oukitel K10” modelindən