12px13px15px17px
Tarix:05/06/17

“Google” nitqin tanınması dəqiqliyini xeyli yüksəldib

Aparıcı İT şirkətləri tərəfindən təqdim edilmiş virtual səs köməkçiləri bu gün mobil qurğu istifadəçiləri arasında populyardır. Bəs gündəlik həyatımızda virtual səs köməkçilərinə nə qədər ehtiyac var?
Bütün səs assistentlərinin əsas problemi insan nitqini anlamaq qabiliyyətidir. “Siri” virtual səs köməkçisində səsin tanınması dəqiqliyi aşağıdır, bəzən hətta yaxşı diksiya ilə səsləndirilmiş sadə ifadələr səhv kimi qəbul edilir.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, “Google” şirkətinin məlumatına görə, internet nəhənginin virtual səs köməkçisi nitqi insandan pis başa düşmür. Şirkətin nümayəndəsi Meri Miker “Code Conference” çərçivəsində deyib ki, “Google” ingilis nitqinin tanınması dəqiqliyini 95%-dək yüksəldib.

Kompüter təliminin alqoritmləri sayəsində indi “Google”un axtarış sistemi və səs köməkçisi ingilis dilini bu dilin daşıyıcıları kimi başa düşür.

Statistikaya əsasən, son 4 ildə səsin tanınması dəqiqliyi 20% yüksəlib. 2013-cü ildə ingilis dilinin tanınması dəqiqliyi 75% təşkil edirdi.

Emil Hüseynov




Baxış sayı: 334

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024