12px13px15px17px
Tarix:05/06/17

“Xiaomi” smartfonları qeyri-adi funksiya ilə təchiz ediləcək

Çinin “Xiaomi” şirkəti gələn həftə əməliyyat sisteminin yeni versiyasını təqdim etməyi planlaşdırır. Sistemdə başlıca yenilik smartfon ekranlarını yarıya bölməyə imkan verəcək yeni “MIUI 8” funksiyası olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, məlumata görə, ekranın bir hissəsində istənilən mobil əlavəni işə salmaq mümkün olacaq. Analoji funksiya “iOS 10” əməliyyat sistemində də quraşdırılıb. Lakin Çin istehsalçısının sistemində istifadəçilər təkcə “MiPad” planşetinin deyil, bütün “Xiaomi” smartfon ekranlarını tən yarıya bölmək imkanı əldə edəcəklər.

Bildirilir ki, əməliyyat sisteminin yenilənmiş versiyasını bir neçə gün sonra yükləmək mümkün olsa da, bu, ilkin mərhələdə qapalı beta test olacaq, bir neçə həftə sonra ondan hamı yararlana biləcək.

Əməliyyat sisteminin son versiyasının iyulda Çində satışa çıxarılacağı gözlənilir. Onun dünya bazarına nə vaxt təqdim ediləcəyi barədə məlumat verilmir.

Nizam Nuriyev 




Baxış sayı: 293

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024