12px13px15px17px
Tarix:05/06/17

Ventilyatorsuz “Zotac PI225” mini-fərdi kompüteri təqdim edilib

Miniatür fərdi kompüterlərin buraxılışı üzrə ixtisaslaşmış "Zotac" şirkəti yeni "Zotac PI225" kompüterini təqdim edib.

"Zotac PI225" kompüterinin fiziki ölçüləri 95x60x8 mm təşkil edir. Müqayisə üçün qeyd edək ki, yeni kompüterin ölçüsü 2.5 düymlük sərt diskdən kiçikdir.

"ICTnews" Elektron Xəbər Xidməti "ilenta.com" saytına istinadən yazır ki, sözügedən qurğu 1.1-dən 2.4 QHs-dək takt tezliyində işləyən 32 bitlik 2 nüvəli "Intel Celeron N3350" prosessoru, həmçinin passiv soyuma sistemi ilə təchiz edilib ki, bu da cihazın tamamilə səssiz işləməsi ilə nəticələnib.

64 bitlik "Windows 10" əməliyyat sisteminin idarəsi altında işləyən "Zotac PI225" mini-fərdi kompüteri "4K" formatında olan videonun aparat emalını təmin edir, 4 QB-lıq əməli yaddaş, 32 QB-lıq "eMMC" diski, "Wi-Fi 802.11ac", "Bluetooth 4.2" modulları, "SD" kartlar üçün slot, "Micro-USB" və 2 ədəd "USB 3.0 Type-C" portları ilə təchiz edilib.

Emil Hüseynov




Baxış sayı: 446

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024