12px13px15px17px
Tarix:05/06/17

“HTTP” protokolundan istifadə edən yeni saytlar “qara siyahı”ya salınacaq

“Google” şirkəti “HTTP” protokolundan istifadə edən yeni saytları “qara siyahı”ya daxil etməyi planlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, buna səbəb kimi istifadəçi barədə məxfi məlumatın şifrlənməməsi və mümkün ələ keçirilməsi qeyd olunur. Məlumata görə, sayt sahibi sertifikatı quraşdırdıqdan sonra “Google” təkrar yoxlanışdan sonra xəbərdarlığı ləğv edəcək.  

Bildirilir ki, şifrləmədən istifadə sayt istifadəçilərinin təhlükəsizliyinin təmini üçün nəzərdə tutulub. “Google Chrome” brauzeri uzun müddətdir təhlükəsiz protokoldan istifadə etməyən saytları qırmızı üçbucaqla işarələyir. Bu dəfə isə şirkət saytların “qara siyahı”sını tərtib edib. Siyahıya daxil edilən sayt üçün internet trafikinin həcmi 95 faiz azaldıla bilər. Bu, istifadəçilərin təhlükəsizliyini qorumağa kömək edəcək, eləcə də sayt sahibinə təhlükəsiz protokola keçməyin zəruri olmasını bildirəcək.

Qeyd edək ki, internet saytından istifadə müddəti “Google”da reytinqə təsir göstərən başlıca amildir. Bu onunla əlaqədardır ki, cinayətkarlar fişinq hücumlarında qeydiyyatdan yeni keçən, “qara siyahı”ya düşməyən domenlərdən istifadə edirlər. Yəni, yeni saytlar reputasiya qazanmalı olduğu halda, bir neçə il əvvəl qeydiyyata alınan domenlər müəyyən nüfuza malikdirlər.

Nizam Nuriyev 




Baxış sayı: 653

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024