12px13px15px17px
Tarix:07/10/11

Yaxın vaxtlarda pensiya sahəsində “SMS məlumatlandırma xidməti” istismara veriləcək

Azərbaycanda pensiya və sosial müavinətlərin paylanılması Azərbaycan Beynəlxalq və Kapital bankları tərəfindən həyata keçirilir. Mərkəzi Bankın idarə heyətinin sədr müavini Alim Quliyevin verdiyi məlumata görə, bankomatlarda dayanıqlı rabitənin təmin edilməsi məqsədilə stasionar rabitə kanalları tədricən GSM rabitə kanalları ilə əvəz edilir ki, bunun da nəticəsində yeni bankomatların quraşdırılması (xüsusən ucqar yerlərdə) imkanı yaranıb.

Onun sözlərinə görə, yaxın vaxtlarda pensiya və sosial müavinətlərin əhaliyə çatdırılması zamanı müasir texnologiyalardan - "SMS məlumatlandırma" xidmətindən istifadə olunması həyata keçiriləcək.

Aparılan müşahidələr onu göstərir ki, bir çox hallarda bankomatlar qarşısında uzun növbələrin yaranmasına səbəb pensiyaçıların pensiya və sosial müavinətlərin verilməsi ərəfəsində bankomatlarda balanslarının yoxlanılması ilə əlaqədardır.

Bu xidmətin tətbiqi sayəsində pensiyaçıların pensiya və sosial müavinətlərin ödəniş kartı hesabına vəsaitin köçürülməsi barədə məlumatlandırılması mümkündür.

A.Quliyev bildirdi ki, pensiya və sosial müavinətlərin əhaliyə çatdırılmasında daha keyfiyyətli xidmətin göstərilməsi məqsədilə Mərkəzi Bank tərəfindən müxbir banklara pensiyaçıların hər iki müvəkkil bankın bankomat şəbəkəsindən əlavə haqq ödəmədən istifadə etməsi imkanının yaradılması üçün müvafiq qiymətləndirmələrin aparılması, həmçinin pensiya və sosial müavinətlərin paylanılmasına cəlb edilmiş bankomatların nağd pulla, o cümlədən birmanatlıq əskinaslarla təmin edilməsi üçün zəruri addımlar atılacaq.



Baxış sayı: 1138

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024