12px13px15px17px
Tarix:12/06/17

“Ağıllı” yol avtomobillərlə məlumat mübadiləsi edəcək

Ohayo Universitetinin alimləri ABŞ-da “v2i” (vehicle-to-infrastructure) məlumat mübadiləsi texnologiyasını dəstəkləyən ilk “ağıllı” yol inşa edərək tezliklə onun sınaqlarına başlamağı planlaşdırırlar.

“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, texnologiya avtomobilə yol infrastrukturundan müxtəlif informasiyanın ötürülməsini təmin edir. “v2i” sistemlərindən istifadə avtomobil trafikini daha dəqiq idarə etməyə, yolların buraxılış qabiliyyətini artırmağa və yol-nəqliyyat hadisələrinin sayını azaltmağa imkan verəcək. Tablo, yol nişanları və işıqfor ötürücülərindən əldə edilən informasiya sayəsində avtomobil sürücünü marşrut üzrə tıxaclar və ya qəzalar barədə xəbərdar edəcək, eləcə də optimal dolama yol tapmağa və səfərin vaxtını proqnozlaşdırmağa kömək edəcək.

Məlumata görə, hazırda seriyalı avtomobillərdə quraşdırılmayan “v2i” sistemləri perspektivli texnologiya kimi mövcuddur. Alimlər Ohayo ştatında Kolumbus şəhəri yaxınlığında “Route 33” şosesinin bir hissəsini “ağıllı” yola çevirmək qərarına gəliblər. Layihə çərçivəsində 56 kilometr uzunluğunda yol quraşdırılan ötürücülərə sürətli məlumat mübadiləsinə imkan verəcək optik-lif rabitə xətti ilə təchiz ediləcək. Avtomobillərə məlumat göndərəcək və onlardan informasiya qəbul edəcək yaxın hərəkət radiuslu ötürücülər hər 600 metrdən bir quraşdırılacaq.

“Ağıllı” şosedə “v2i” sistemi vasitəsilə hansı məlumatların ötürülməsinin nəzərdə tutulması barədə məlumat verilmir. İnnovativ yolun tikintisini 2018-ci ilin sonunadək başa çatdırmaq planlaşdırılır. O vaxtadək “v2i” infrastrukturu ilə məlumat mübadiləsi texnologiyasını bir neçə seriyalı avtomobilin dəstəkləyəcəyi gözlənilir.

Ohayo Universiteti layihəyə 21 milyon dollar sərf edib.

Nizam Nuriyev 




Baxış sayı: 658

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024