12px13px15px17px
Tarix:12/06/17

İstənilən formanı ala bilən robot təqdim edilib

Robotun modulyar konsepsiyası istənilən formalı funksional obyektlər yaratmağa imkan verəcək.

Oriqami sənəti alimləri mədəmizə daxil olan və ya peykləri temperatur dəyişikliyindən qoruyan "ağıllı" maşın və texnologiyalar yaratmağa həvəsləndirib. İndi isə istehsalçılar tərəfindən təqdim edilmiş kiçik üçbucaqlı robotlar istənilən formalı və ölçülü konstruksiya halında birləşə bilirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, “Mori” adlandırılmış robotun çəkisi 26 qr, eni 70 mm, qalınlığı isə 6 mm-dir. Bu kiçikölçülü robotun daxilində ötürücü, datçik və daxili kontroller mövcuddur. Ancaq robot xarici enerji mənbəyi vasitəsilə şarj toplayır.

Alimlərin sözlərinə görə, yeni robotlar kosmos üçün yenidən konfiqurasiya edilən robotlar üçün əsas ola, həmçinin avtomatlaşdırılmış protezlərin yaradılmasında istifadə edilə bilərlər.

Emil Hüseynov






Baxış sayı: 303

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024