12px13px15px17px
Tarix:13/06/17

Görmə qabiliyyəti məhdud insanlar üçün nəzərdə tutulmuş “Danışan kitabxana”ya maraq artır

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən görmə qabiliyyəti məhdud insanlar üçün hazırlanmış “Danışan kitabxana”ya bu günə qədər 2 154 nömrədən 29 313 dəfə müraciət olunub.
 
Müraciətlərdə müasir, klassik və tarixi ədəbiyyat üstünlük təşkil edir.
 
“Danışan kitabxana” 100-dək peşəkar səviyyədə səsləndirilmiş kitabı dinləyicilərin ixtiyarına verib. Kitabxana vasitəsilə 8 janrda – şifahi, müasir, xarici, poeziya, tarixi, dini, uşaq və klassik ədəbiyyatı dinləmək mümkündür.
 
Həmçinin “Danışan kitabxana”ya avtomatik rejimdə işləyən (1541) xüsusi telefon xidməti vasitəsi ilə 24 saat ərzində müraciət etmək olar. Müraciət edən istifadəçi istənilən vaxt dinləməni dayandıra və bir müddət sonra dayandırılmış hissədən dinləməyə davam edə bilər.




Baxış sayı: 426

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024