12px13px15px17px
Tarix:08/10/11

Hindistan planşetinin prototipi 3 Vatt enerji sərf edir

2012-ci ildə Hindistanda “İ-slate” planşet kompyuterlərinin kütləvi istehsalı başlanacaq. “İ-slate” planşetinin əsas xüsusiyyəti təxminən 3 Vatt təşkil edən kiçik enerji istehlakıdır.

Rays (ABŞ) Universitetinin professoru Krişna Palem izah edir ki, “İ-slate” planşetinin enerji ilə təchiz olunması üçün nəzəri cəhətdən günəş batareyası da kifayətdir. Hindistan kəndlərində tez-tez elektriklə bağlı problemlər olduğunu nəzərə alsaq, bu, çox əhəmiyyətlidir.

“İ-slate” 7 düymlü ekranla təchiz olunub, lakin onun imkanları xeyli məhdudlaşdırılıb: planşetin elektron dərsliklər oxumağa, qeydlər etməyə və riyazi əməliyyatlar yerinə yetirməyə imkan yaratdığı qeyd olunub.

Qurğu hətta tamdəyərli əməliyyat sisteminə malik deyil. “İ-slate” planşet kompyuterinin qiyməti təxminən 35 dollar olacaq.



Baxış sayı: 1416

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024