12px13px15px17px
Tarix:16/06/17

Elektron mürəkkəblə işləyən elastik ekran nümayiş edilib

Elektron mürəkkəb texnologiyaları əsasında ekranların yaradılması ilə məşğul olan “E Ink” şirkəti elektron mürəkkəbli elastik ekran prototipini nümayiş etdirib. Yeni texnologiya perspektivdə istehsalçılara qatlanan elektron kitablar buraxmağa imkan verəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, 10,2 düym diaqonala və 220 ppi piksel sıxlığına malik ekran prototipi mayın sonunda Los-Ancelesdə keçirilən “SID Display Week” sərgisində nümayiş etdirilib.

Məlumata görə, şirkətin stendində təqdim edilən prototip kitab cildini xatırladan qatlanan cildə yerləşdirilib. Prototip elektron mürəkkəblə işləyən bütün displeylər kimi, enerjidən qurğu yenilənən zaman istifadə edir və oxunaqlı görünür. Bununla yanaşı, displeydə iki nəzərəçarpacaq çatışmazlıq müəyyənləşdirilib. Onlardan biri ekranın parlaq səthli olmaması, digəri isə lazımi elastikliyin yoxluğundadır. Belə ki, prototip nisbətən böyük əyilmə radiusuna malikdir və kağız vərəqi kimi yarıya tam qatlanmır.

Şirkətin prototipdəki çatışmazlıqları aradan qaldıracağı təqdirdə yaxın gələcəkdə satışa müxtəlif şirkətlər tərəfindən buraxılan yeni formatlı elektron kitabların çıxarılacağı gözlənilir.

Nizam Nuriyev
 





Baxış sayı: 378

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024