12px13px15px17px
Tarix:19/06/17

“Microsoft” şirkəti “Bluetooth 4.0” interfeysi ilə işləyən “Modern Mouse” simsiz “maus”unu təqdim edib

“Microsoft” şirkəti tərəfindən təqdim edilmiş yeni “Modern Mouse” “maus”u öz dizaynına görə “Surface” seriyasına məxsus yeni fərdi kompüter modellərinə uyğundur.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, kompüterə qoşulma üçün “Bluetooth 4.0” simsiz interfeysi istifadə olunur. Açıq məkanda rabitə məsafəsi 10 metr, ofisdə 5 metr təşkil edir. “Maus” “AAA” ölçülü iki batareya vasitəsilə enerji toplayır.

“Microsoft Modern Mouse” əksər əməliyyat sistemlərini dəstəkləyir. “Maus”un ölçüləri 115x64x33,5 mm, çəkisi isə 90 qramdır.

“Maus”un qiyməti 50 dollardır.

Emil Hüseynov






Baxış sayı: 398

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024