12px13px15px17px
Tarix:19/06/17

“Nokia 9” gözləniləndən daha güclü olacaq

Bir neçə aydır Finlandiyanın “HMD Global” şirkəti “Nokia 9” smartfon modelinin hazırlanması ilə məşğuldur. İki həftə əvvəl internetdə yeni qurğunun texniki xüsusiyyətləri barədə məlumatlar yayılmağa başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Nokia 9” 2560х1440 piksel təsvir ölçülü 5,3 düym diaqonallı ekran, 4 giqabaytlıq operativ yaddaş, iki 13 meqapikselli modula malik əsas kamera, “Snapdragon 835” prosessoru və “Android 7.1.1 Nougat” əməliyyat sistemi ilə təchiz ediləcək. Lakin son məlumatlara görə, yeni smartfon gözləniləndən daha güclü olacaq.

Məlumata görə, qurğunun ABŞ Federal Rabitə Komissiyasında (FCC) sertifikasiyadan keçməsindən məlum olub ki, “Nokia 9” adı ilə 4, 6 və 8 giqabayt operativ yaddaş tutumuna malik smartfonlar buraxılacaq. Sənəddə, həmçinin qeyd olunub ki, Finlandiya istehsalçısının TA-1004 kod adını TA-1012 adına dəyişməsi ilə əlaqədar olaraq qurğunun 4 giqabaytlıq operativ yaddaşa malik versiyası satışa çıxarılmayacaq.

“Nokia 9” smartfonunun nümayişi iyunun sonuna nəzərdə tutulur.

Nizam Nuriyev 




Baxış sayı: 405

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024