12px13px15px17px
Tarix:20/06/17

“Skype”ın fəaliyyətində qlobal nasazlıq yaranıb

“Skype” istifadəçiləri proqramın fəaliyyətində yaranan qlobal nasazlıqdan şikayətlənməyə başlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, problemlə üzləşən Rusiya, Avropa İttifaqı, ABŞ və Ukrayna istifadəçiləri girişin və məlumatın göndərilməsinin və qəbul edilməsinin qeyri-mümkün olmasını bildirirlər. Bununla bağlı ilk şikayətlər iyunun 19-da axşam daxil olmağa başlayıb. Şirkət nasazlıqla bağlı hələ ki rəsmi açıqlama verməyib.  

2016-cı ilin martında proqramın işində daha bir qlobal nasazlıq baş verib. İstifadəçilər bildirişlərdə, eləcə də məlumatların göndərilməsində problemlərlə qarşılaşıblar.

Ən böyük nasazlıq isə 2015-ci ilin sentyabrında qeydə alınıb. Altı saat davam edən problem Rusiya, ABŞ, Vyetnam, yeni Zelandiya, Danimarka, Hindistan və digər əksər ölkələrin istifadəçilərini əhatə edib.

Qeyd edək ki, “Skype Technologies” şirkəti 2003-cü ildə isveçli Niklas Zennstrem və danimarkalı Yanus Friis tərəfindən təsis edilib. 2010-cu ildə sistem istifadəçilərinin sayı 660 milyon nəfərə çatıb. 2011-ci ildə “Microsoft” korporasiyası “Skype”ı  8,5 milyard dollara satın alıb.  

Nizam Nuriyev 




Baxış sayı: 315

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024