12px13px15px17px
Tarix:08/10/11

Xankəndi Poçt şöbəsi istifadəyə verildi

Bu gün Ümumdünya Poçt İttifaqının yaranmasının 137-ci ildönümü münasibəti ilə Nəsimi rayonu ərazisində Xocalı rayon Xankəndi poçt şöbəsinin açılışı olub.

Açılış mərasimində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbərliyi, Xankəndi şəhərindən, Xocalıdan olan millət vəkilləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev ölkə başçısının diqqət və qayğısı sayəsində son illər ölkədə poçt sektorunun dinamik inkişaf etdiyini və sektor üzrə davamlı islahatların həyata keçirildiyini qeyd edib.

O, son illər poçt sahəsində əldə olunan uğurlu nəticələr barədə geniş məlumat verib.

Açılış mərasimində çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov Ümumdünya Poçt Günü münasibəti ilə çoxsaylı poçt işçilərini nazir Əli Abbasovun adından təbrik edib.

Aparat rəhbəri poçt sektorunda həyata keçirilən işlərdən danışaraq qeyd edib ki, son 8 ildə ölkənin poçt sektoru 3.1 dəfə genişlənib, orta illik artım tempi 21 faiz təşkil edib.

V.Zeynalov MDB məkanında ilk dəfə olaraq poçt sahəsində bank-maliyyə xidmətlərinin göstərilməsini poçt sektorunun modernləşdirilməsi kimi xarakterizə edib.

“Bu gün artıq “Azərpoçt” MMC-də korporativ idarəetmə strukturu yaradılmış, poçt şəbəkəsi avtomatlaşdırılmış və “Azərpoçt” bank sektorunun əsas iştirakçılarından birinə çevrilmişdir” .

V.Zeynalov bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra digər sahələr kimi poçt sahəsinə də külli miqdarda ziyan dəyib. “İşğal olunan rayonların rabitə müəssisələrində çalışanlar əsas işçi heyəti ilə hazırda yaşadıqları yerlərdə öz fəaliyyətlərini davam etdirirlər.

Xankəndi poçtunun müvəqqəti fəaliyyətini bərpa etmək üçün Bakıda Xocalı RQ-nin nəzdində Xankəndi Poçt şöbəsinin yaradılması qərara alınıb və bu gündən etibarən artıq şöbə əhalinin istifadəsinə verilir.

Qeyd edək ki, yeni poçt şöbəsinə “AZ2600” indeksi də verilib. Poçt şöbəsi müasir avadanlıqlar və müasir mebel dəstləri ilə təmin edilib.



Baxış sayı: 1535

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024