12px13px15px17px
Tarix:21/06/17

Xaqani və Sabir bağlarında pulsuz “Wi-Fi” istifadəyə verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Baktelecom” tərəfindən reallaşdırılan “İctimai internet” layihəsinin əhatə dairəsi bir qədər də genişləndirilib.

Belə ki, bu gündən etibarən Xaqani və Sabir bağlarını istirahət üçün seçən insanlar da pulsuz internet xidmətindən faydalana bilərlər.

Bu günlərdə keçiriləcək “Formula” 1 Azərbaycan Qran Pri yarışı  ərəfəsində paytaxt ərazisinə turist axınını və şəbəkənin istifadəçilər tərəfindən aktiv istismarını nəzərə alaraq layihə çərçivəsində intensiv işlər görülüb.

Qeydiyyat sistemi təkmilləşdirilərək optimallaşdırılıb. İndi istifadəçilər mobil telefon, noutbuk, planşet və s. portativ cihazlarlardan daha rahat və sürətli formada şəbəkəyə qoşula bilər.

Artıq pulsuz internetə qoşulanların sayı 250 mini ötüb.

Yaxın zamanda Hüseyn Cavid parkı, Qış parkı, Dədə Qorqud parkı və  Zabitlər bağı da pulsuz internetlə təmin ediləcək.

Qeyd edək ki, mart ayından istifadəyə verilən ictimai internet şəbəkəsi Dövlət Bayraq Meydanı və Ağ şəhər zonası daxil olmaqla Dənizkənarı Milli Parkın böyük hissəsində, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu, Heydər Əliyev Mərkəzinin parkı və Sahil bağı ərazilərində aktiv edilib.




Baxış sayı: 510

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024