12px13px15px17px
Tarix:22/06/17

“Əşyalar interneti” laboratoriyası yaradılıb

Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı və İspaniyanın “Telefonica” rabitə operatoru açıq “Əşyalar interneti” (IoT) laboratoriyası yaradıb.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, Çilidə istifadəyə verilən “NB-IoT Open Lab” layihəsinin məqsədi darzolaqlı “Əşyalar interneti” texnologiyaları ilə əlaqədar həll və əlavələrin hazırlanmasını sadələşdirmək və sürətləndirməkdən ibarətdir. Laboratoriya mobil “IoT” şəbəkə bazarına qabaqcıl həllərin çıxarılması üçün istehsalçı, tərəfdaş, ekspert, tərtibatçı və dizaynerlər ekosisteminin yaradılması üçün nəzərdə tutulub. Onlar “Huawei”in resurs və imkanlarının “Telefonica” şirkətinin tədqiqat mərkəzinin elmi-texniki bazası, eləcə də resurs və innovasiyaları ilə birləşdirilməsi sayəsində “IoT” texnologiyalarından hamıdan birinci yararlana biləcəklər.

Məlumata görə, “NB-IoT” laboratoriyası çərçivəsində praktik “IoT” texnologiyalar mərkəzi yeni texnologiyaların tətbiqində maraqlı olan “Əşyalar interneti” cəmiyyətinin iştirakçılarının görüş yerinə çevriləcək. Texnologiyanın tətbiqinə proqram təminatının uyğunluğunun sınaqları üzrə görüşlər, birgə işlənmə və testlər, startaplar üçün treninq və proqramlar, eləcə də digər çoxlu birgə tədbirlər xidmət edəcək. Laboratoriya faydalı əməkdaşlıq üçün platforma rolunu oynamaqla tədarükçülərə birlikdə yeni “IoT” servislərinin tətbiqini sürətləndirməyə imkan verəcək.

Nizam Nuriyev 




Baxış sayı: 542

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024