12px13px15px17px
Tarix:22/06/17

“Microsoft Office” proqramlar paketində mətnin səslə yığımı üçün “Dictate” genişlənməsi təqdim edilib

“Microsoft Garage” startap inkubatorun məhsulu olan “Dictate” layihəsi “Microsoft Office” proqram təminatında 20-dən çox dildə mətnin səslə yığımı, həmçinin yazılmış mətnin ani olaraq 60 dilə tərcüməsi funksiyasını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, “Dictate” layihəsi ofis əməkdaşlarının gündəlik işini asanlaşdırmaq üçün insan nitqinin imkanlarından istifadə etməyə qərar verib. “Microsoft Office” (“Word”, “PowerPoint”, “Outlook”) proqramlar paketi üçün yaradılmış genişlənmə 20-dən çox dildə mətnin səslə yığımına, həmçinin mətni real vaxt rejimində 60 dilə tərcümə etməyə imkan verir.

“Dictate” genişlənməsi, hətta “Meri Poppins” mahnısında işlədilən ingilis dilində 28 hərfdən ibarət “Supercalifragilisticexpialidocious” adlı ən uzun sözü tanıya və düzgün yaza bilib. “Microsoft” şirkəti koqnitiv xidmətləri sayəsində mətnlərin belə tanınmasına nail ola bilib.

“Dictate” genişlənməsi süni intellekt texnologiyaları, nitqin tanınması üzrə ən yeni xidmətlər, həmçinin “API Bing”, “Microsoft Translator” xidmətlərinin imkanlarından istifadə edir. Səsli komandalar yalnız mətni daxil etməyə deyil, həm də boşluq və yeni abzaslar, lazımsız mətni silməyə, həmçinin punktuasiya nişanları əlavə etməyə imkan verir.

Emil Hüseynov




Baxış sayı: 347

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024