12px13px15px17px
Tarix:10/10/11

Yerli bankdan poçt işçilərinə güzəşt

"Bank of Baku" Beynəlxalq Poçt Günü münasibətilə Azərbaycanın poçt işçiləri üçün güzəştli kredit kampaniyasına start verib.

Kampaniyanın şərtlərinə əsasən, bank poçt sahəsində çalışan bütün ərizəçilərə istehlak (avtomobil, VİP, əmanətə bağlı kreditlər, ipoteka kreditləri istisna olmaqla) və pul kreditlərinə illik 2 faiz endirim elan edir.

Əməkdaşın vəzifəsindən və kredit tarixçəsindən asılı olaraq kreditin maksimal məbləği 5000 manata qədərdir. Misal üçün: güzəştli şərtlərlə kreditin məbləği 4000 manat, müddəti isə 24 ay olarsa, aylıq ödəniləcək məbləğ poçt sahəsində çalışan yeni müştərilər üçün 224 manat, müsbət tarixçəsi olan təkrar müştərilər üçün isə 216 manat təşkil edəcək.

Kampaniya 10 oktyabr - 15 noyabr tarixlərində keçirilir. "Bank of Baku"nun fəaliyyəti və kampaniyaları haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, “www.bankofbaku.com” veb-saytında, həmin saytda fəaliyyət göstərən "Onlayn-məsləhətçi" xidmətinə müraciət edərək və ya bankın “Facebook” sosial şəbəkəsində “www.facebook.com/bankofbaku” ünvanında fəaliyyət göstərən rəsmi səhifəsində əldə etmək olar.



Baxış sayı: 3687

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024