12px13px15px17px
Tarix:10/10/11

Bakıda ilk elektronlaşan stansiya NGN texnologiyası əsasında quruldu

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi paytaxtın ətraf kənd qəsəbələrinə paralel olaraq mərkəzi hissəsində də stansiyaların NGN texnologiyası əsasında qurulmasını təmin edir.

Bu barədə məlumat verən birliyin baş mütəxəssisi Elman Qədirovun bildirdiyinə görə, artıq şəhərin mərkəzini əhatə edən ATS 493/498-in rekonstruksiyası tam başa çatdırılaraq sonuncu abunəçilərin də bu texnologiyaya qoşulması təmin edilib.

Həyata keçirilən tədbirlər nəticəsində NGN texnologiyasına qoşulan abunəçilərə mükəmməl rabitə xidməti ilə yanaşı, onların bütün multimedia xidmətlərindən istifadə etməsinə şərait yaranıb. Qeyd edək ki, sözügedən stansiya Bakıda ilk elektronlaşan stansiya kimi də rabitənin tarixinə düşüb.



Baxış sayı: 1445

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024